...

Azərbaycanın Rusiyadakı səfirliyindən Kamil Zeynallının saxlanılması ilə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 21 Fevral 2024 13:59 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyindən Kamil Zeynallının saxlanılması ilə bağlı AÇIQLAMA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gecə Moskvanın Domodedovo hava limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib:

"Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi Səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadır.

Fevralın 21-də səhər tezdən Səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Hazırda Azərbaycan Respublikasının Səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səylərini göstərməkdədir".

Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti