...

Dərsdənkənar məşğələlərin məzmununa yeni mövzunun daxil edilməsi TƏKLİF EDİLİR

Cəmiyyət Materials 23 Fevral 2024 12:41 (UTC +04:00)
Dərsdənkənar məşğələlərin məzmununa yeni mövzunun daxil edilməsi TƏKLİF EDİLİR
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dərsdənkənar məşğələlərin məzmununa yeni mövzunun daxil edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bunula bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Dəyişikliyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti