...

Bakıda Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2024 15:21 (UTC +04:00)
Bakıda Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Trend-in məlumatına görə, tamblinq proqramında qalib və mükafatçılara mükafatlar təqdim olunub.

Qadınlar arasında tamblinq üzrə proqramda Kendi Brier-Vetilard (Fransa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Aleksandra Efraimoğlu (Yunanıstan) ikinci, Mari Deloje (Fransa) üçüncü yeri tutub.

Qalib və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Mariela Stoyçeva, Azərbaycan Gimnastika Federasiyasının (AGF) meneceri Mehman Əliyev, Azərbaycan Gimnastika Federasiyası (AGF) Veteranlar Şurasının sədri Elşad Nərimanov təqdim ediblər.

Kişilər arasında tamblinq proqramında Mixail Malkin (Azərbaycan) birinci, Adil Hacızadə (Azərbaycan) ikinci, Vasko Peso (Portuqaliya) isə üçüncü yeri tutub.

Qalib və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə Texniki Komitəsinin vitse-prezidenti Tatyana Şuyskaya, Azərbaycan Gimnastika Federasiyasının (AGF) menecerləri Viktoriya Abuşova və Şəfiqə Elçuyeva təqdim ediblər.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti