...

Çərşənbə tonqalımızı Laçında qalamaq sevincini yaşayırıq – Laçın sakini

Cəmiyyət Materials 28 Fevral 2024 08:25 (UTC +04:00)
Çərşənbə tonqalımızı Laçında qalamaq sevincini yaşayırıq – Laçın sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Çərşənbə tonqalımızı Laçın qalamaq, Novruz bayramını Laçında qeyd etmək sevincini yaşayırıq.

Bunu Trend-ə açıqlamasında Laçın sakini Şəkər Bəşirova deyib.

Onun sözlərinə görə, çox gözəl hisslərlə ailəsi ilə birlikdə doğma yurda, Laçına qayıdır.

“Çərşənbə, Novruz bayramı ənənələrini doğma yurdda qeyd etmək böyük duyğudur. 70 yaşımda yenidən Laçını görəcəyim üçün çox sevinirəm. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah Prezidentimizi, dövlətimizi qorusun. Bizim Laçına geri dönüşümüz üçün şərait yaradılıb”, - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti