...

Hərbi qulluqçuların qısamüddətli məzuniyyətinin artırılması təklif edilir

Cəmiyyət Materials 29 Fevral 2024 11:25 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli məzuniyyətin artırılması təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısa müddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.

Xəbər lenti

Xəbər lenti