...

Qarabağ Universitetində əməkhaqları orta göstəricidən bir neçə dəfə yüksək olacaq - Nazir

Cəmiyyət Materials 29 Fevral 2024 15:44 (UTC +04:00)
Qarabağ Universitetində əməkhaqları orta göstəricidən bir neçə dəfə yüksək olacaq - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatıdırılması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“İlkin mərhələdə universitetdə 1000 tələbə, 70 professor-müəllim heyəti olacaq. Əməkhaqları orta göstəricidən bir neçə dəfə yüksək olacaq. İlk illərdə təhsil ödənişsiz olacaq. Tələbələr üçün yataqxanalar pulsuz olacaq. Yüksək bal yığan tələbələrə əlavə təqaüd nəzərdə tutulur”,- deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti