...

"Köndələnçay" su anbarında aparılan işlərin 99 faizi yekunlaşıb

Cəmiyyət Materials 5 Mart 2024 11:29 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

İşğaldan azad edilmiş "Köndələnçay" su anbarında aparılan işlərin 99 faizi yekunlaşıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib.

O bildirib ki, Həkəri, Bərgüşad çayları üzərində su anbarlarının tikilməsi ilə bağlı texniki işlər yekunlaşmaq üzrədir.

"Zabuxçay üzərində su anbarının tikilməsi ilə bağlı işlərin 65 faizi görülüb və bu ilin sonunda yekunlaşacaq. İkinci ən böyük su anbarı "Sərsəng" su anbarında müəyyən təmir bərpa işləri aparılır".

Xəbər lenti

Xəbər lenti