...

​​​​​“Facebook” və “Instagram”da problem lokal deyil - RƏSMİ (YENİLƏNİB)

Cəmiyyət Materials 5 Mart 2024 20:28 (UTC +04:00)
​​​​​“Facebook” və “Instagram”da problem lokal deyil - RƏSMİ (YENİLƏNİB)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.

Trend xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.

xxx

20:24

Sosial şəbəkələrin işində yaranan qlobal problem aradan qaldırılıb.

Trend xəbər verir ki, “Facebook”un fəaliyyəti bərpa edilib.

Belə ki, hazırda istifadəçilərin öz hesablarına daxil olması mümkündür.

xxx

19:37

Azərbaycanda “Facebook” və “İnstagram”da qlobal problem yaranıb.

Trend xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin hesablara girişi bloklanıb.

Belə ki, avtomatik hesabdan çıxış müşahidə olunur, yenidən hesaba giriş isə mümkün olmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti