Bakı. Trend:
İslamofobiya qlobal aspektdən baxdıqda ən fundamental problemlərdən biridir.
Trend xəbər verir ki, Badger Sağlamlıq Qrupunun baş icraçı direktoru Vaqaruzzaman Azmi "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
"İslamofobiya müsəlmanlara qarşı soyqırımıdır. Onların mülklərinin dağıdılması, tarixlərinin saxtalaşdırılmasıdır. İslamofobiyanın kökündə daha fərqli məqamlar dayanır. Azərbaycan bu mübarizədə öndə gedir və çox mütərəqqi addımlar atır. Azərbaycan öz vəsaiti ilə belə tədbirlər keçirir cəmiyyətdə kök salan bu cür xəstəliyə qarşı mübarizə aparır”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
