...

Şabranda doğuş zamanı ana və uşaq öldü

Cəmiyyət Materials 12 Mart 2024 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şabranda doğum evində ana və uşaq ölümü qeydə alınıb.

Trend xəbər verir ki, Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova və onun körpəsi doğuş zamanı həyatını itirib.

Bu, Nailə Qasımovanın üçüncü hamiləliyi olub.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

Xəbər lenti

Xəbər lenti