...

Xaçmazda qəza oldu - Yaralanan var (FOTO)

Cəmiyyət Materials 14 Mart 2024 16:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində “Vaz 2107” markalı minik avtomobili idarəetməni itirməsi nəticəsində yolun kənarındakı şam ağaclarına çırpılıb.

Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü Cavad İsayev xəsarət alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti