...

Ötən il hərbi qulluqçulara 473 mənzil verilib

Cəmiyyət Materials 15 Mart 2024 10:22 (UTC +04:00)
Ötən il hərbi qulluqçulara 473 mənzil verilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara ötən il 473 mənzi verilib.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri, polkovnik Elçin Əliyev deyib.

O qeyd edib ki, bu il mənzillər tam sənədləşdirilərək cənab Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində təqdim edilməsi həyata keçirilir.

"Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyəti adından cənab Prezident İlham Əliyevə təşəkkür edirik", - o qeyd edib.

Qeyd edək ki, martın 15-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti