...

Samuxda subasmaya məruz qalan bir sıra ərazilərin suyu çəkilib

Cəmiyyət Materials 22 Mart 2024 16:06 (UTC +04:00)
Samuxda subasmaya məruz qalan bir sıra ərazilərin suyu çəkilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağan yağışlar nəticəsində Samux rayonunun Köbər kəndində bir sıra ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti