...

Sabunçuda su kəsilib

Cəmiyyət Materials 23 Mart 2024 14:52 (UTC +04:00)
Sabunçuda su kəsilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakının Sabunçu rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar martın 23-də Sabunçu rayonunun bir hissəsinə (Yavər Əliyev küçəsu, Şəhər şosesi ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Xəbər lenti

Xəbər lenti