...

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 257 nömrəli tam orta məktəbdə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2024 20:56 (UTC +04:00)
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 257 nömrəli tam orta məktəbdə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Bu barədə Trend-ə Monitorinq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova və Səddam Muxtarlı, həmçinin 257 nömrəli tam orta məktəbin direktoru Karat Karatov və müəllim-şagird heyəti iştirak edib.

Tədbirdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Şagirdlərin səsləndirdiyi şeir nümunələri böyük maraqla qarşılanıb, Mərkəzin əməkdaşları tərəfindən təqdir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti