...

“İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib - Baş prokuror

Cəmiyyət Materials 2 Aprel 2024 10:19 (UTC +04:00)
“İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib - Baş prokuror
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bütün sahələrdə olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsində, o cümlədən, cinayət mühakimə icraatında rəqəmsallaşma müasir dövrün tələbidir.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

K.Əliyev bildirib ki, ölkədə hüquq-mühafizə orqanlarının, o cümlədən, prokurorluğun fəaliyyətində də rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı bir sıra işlər görülüb.

“Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 07 may 2021-ci il tarixli fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi yaradılıb.

1 aprel 2023-cü il tarixdən “Elektron prokurorluq” informasiya sisteminin əsas modulları istifadəyə verilib.

2023-cü ilin sentyabr ayından isə cinayət təqibinin rəqəmsallaşdırılmasına dair ilk addımlar atılaraq informasiya sisteminin “İstintaq” və “Cinayət xarakterli materiallar” modulları istifadəyə verilib. Hazırda prokurorluq orqanlarında icraatda olan bütün cinayət işlərinin və törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların araşdırılmasına dair materialların bu modullar vasitəsilə aparılması təmin edilir”.

Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.

20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.

Xəbər lenti

Xəbər lenti