...

Taksilərə 8 il məhdudiyyəti necə tətbiq ediləcək?

Cəmiyyət Materials 3 Aprel 2024 11:51 (UTC +04:00)
Taksilərə 8 il məhdudiyyəti necə tətbiq ediləcək?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır.

Trend AYNA-ya istinadən xəbər verir ki, 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Nümunə: Avtomobiliniz 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət etmisinizsə, 3 illik icazə alacaqsınız. Bu halda rəng tələbi tətbiq edilmir.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti