...

İrandan Azərbaycana 19 kq narkotik keçirilməsinin qarşısı alındı (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2024 12:12 (UTC +04:00)
İrandan Azərbaycana 19 kq narkotik keçirilməsinin qarşısı alındı (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Aprel ayının 3-də saat 03:38-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 19 kiloqram 550 qram narkotik vasitə (19 kq marixuana, 550 qram tiryək) və 4370 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti