...

Xalq yazıçısı Çingiz Abdullayevin son durumu AÇIQLANDI

Cəmiyyət Materials 13 Aprel 2024 10:08 (UTC +04:00)
Xalq yazıçısı Çingiz Abdullayevin son durumu AÇIQLANDI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.

Trend xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Məlumata görə, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.

Xatırladaq ki, Ç.Abdullayev 1959-cu il aprelin 7-də anadan olub. 2005-ci ildə Xalq yazıçısı adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti