...

Birinci siniflərə sənəd qəbulunun vaxtı AÇIQLANDI

Cəmiyyət Materials 18 Aprel 2024 12:37 (UTC +04:00)
Birinci siniflərə sənəd qəbulunun vaxtı AÇIQLANDI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulunun vaxtı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

O bildirib ki, sənəd qəbulu elektron qaydada 1 may tarixindən başlayacaq və 13 sentyabra qədər davam edəcək:

"Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək.

Həmçinin, tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir”, - deyə o bildirib

Xəbər lenti

Xəbər lenti