...

İctimai qınaqla hər hansı məsələnin həll olunduğuna inanmıram - Nazir

Cəmiyyət Materials 18 Aprel 2024 15:46 (UTC +04:00)
İctimai qınaqla hər hansı məsələnin həll olunduğuna inanmıram - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İctimai qınaqla hər hansı məsələnin həll olunduğuna inanmıram.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, məktəblərdə şagird-davranış qaydaları tətbiq edirik.

“Qaydaları yazmaq asandır, lakin tətbiqi çətindir. Qaydanın icrası bir dəyərdir. Biz bu dəyəri yalnız şagirdlərdən yox, valideynlərdən gözləyirik. “Məktəblinin dostu” kimi layihələr negativ halların qarşısının alınması üçün də əhəmiyyətlidir. Bu həm də gənclərin məşğulluğu üçün faydalıdır”,- deyə E.Əmrullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti