...

Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı

Cəmiyyət Materials 23 Aprel 2024 18:06 (UTC +04:00)
Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəkidə 64 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Şəki rayonunun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılova Çimnaz Vahab qızı aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 19-da itkin düşən Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Polis, eləcə də, digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti