...

Bakıda sürət yarışı keçirən sürücülər tutuldu (VİDEO)

Cəmiyyət Materials 15 May 2024 09:53 (UTC +04:00)
Bakıda sürət yarışı keçirən sürücülər tutuldu (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsindən verilən məlumata əsasən, "Mercedes" markalı, 77-YG-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Mehdi Tahir oğlu və "Mercedes" markalı, 11-BH-180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abbasov Sadiq Famil oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar.

Xəbər lenti

Xəbər lenti