...

Ağcabədidə 2 uşaq dəm qazından zəhərləndi - Biri öldü

Cəmiyyət Materials 15 May 2024 14:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını itirib. Hadisə Ağcabədi rayon Boyat kəndində qeydə alınıb.

Trend xəbər verir ki, Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər.

Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib. Filiz Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti