...

Tərtərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Ədalət Əliyev dəfn olunub (FOTO)

Cəmiyyət Materials 22 May 2024 14:58 (UTC +04:00)
Tərtərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Ədalət Əliyev dəfn olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Ədalət Veysəl Oğlu Əliyevin qalıqları torpağa tapşırılıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, şəhid Ədalət Əliyevlə Tərtər rayonunda vida mərasimi keçirilib.

Şəhidin qalıqları Tərtər rayonununda yerləşən Tərtər şəhər qəbiristanlığında dəfn olunub.

Şəhidin yaxınları bildirib ki, Ədalət Əliyev 1994-cü ildə birinci Qarabağ müharibəsində Kəlbəcər, Murov dağı istiqamətində itkin düşüb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Ədalət Əliyevin Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, hərbiçilər, media nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti