...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Cəmiyyət Materials 24 May 2024 10:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 160, o cümlədən borclu şəxs qismində axtarışda olan 129 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti