...

Televiziyadan eşitdim ki, oğlum əfv olunub - Oğlu əfv olunan ana

Cəmiyyət Materials 26 May 2024 12:32 (UTC +04:00)
Televiziyadan eşitdim ki, oğlum əfv olunub - Oğlu əfv olunan ana
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqandan gəlmişəm. Dünən televiziyadan eşitdim ki, oğlum Nurlan Ataşov da əfv olunanlar siyahısındadır. Sevincimdən hələ də şokdayam.

Bu sözləri oğlu əfv olunan Lətafət Ataşova Trend-ə bildirib.

Lətafət Ataşova məhbus analarına böyük sevinc bəxş etdiyi üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:

"Prezidentimizə çox təşəkkür edirəm ki, biz analar bizə bu böyük sevinci yaşatdı.

Oğlum 2002-ci il təvvəllüdlüdür. 5 il 7 ay həbs cəzasına məhkum olunmuşdu. Cəzasının 4 il 9 ayını çəkmişdi, digər hissəsindən azad olundu.

Arzu edirəm ki, digər məhbuslar da qarşıdakı əfv sərəncamlarında azaslığa çıxsın".

Xəbər lenti

Xəbər lenti