...

Məktəblərdə qanun pozuntuları ilə bağlı yoxlamalar davamlı olacaq - Nazir

Cəmiyyət Materials 27 May 2024 11:55 (UTC +04:00)
Məktəblərdə qanun pozuntuları ilə bağlı yoxlamalar davamlı olacaq - Nazir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır. Bu yoxlamalar iki istiqamətdə aparılır.

Trend xəbər verir ki, bunu "Yaşıl Artım" Gündəliyində Təhsil konfransında jurnalistlərə açıqlaması zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, yoxlamaların birinci istiqaməti daha çox məktəblərə kömək etmək məqsədi daşıyır:

"Əsas odur ki məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə Nazirliyin daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu, daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır. Bu yoxlamalar davamlı olacaq.

Çalışırıq ki Nazirliyin regional idarələri də bu yoxlamalarda yaxından iştirak etsinlər. Təbii ki, ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq və onlara nəzarət etmək qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları həyata keçiririk".

Xəbər lenti

Xəbər lenti