Bakı. Trend:
32 il həsrətdən sonra doğma yurduma qayıdıram. Sevincimizin həddi yoxdur. Geri dönəcəyimiz günü çox arzulayırdıq. Allaha şükür ki, bu gün bizə nəsib oldu.
Bunu Trend-ə Laçına geri dönən sakin Əyyub Əzizov deyib.
"32 il idi ki, düşmənlərimiz bizi didərgin salmışdı. Bura da
bizim vətənimizdir, amma doğma Vətən ayrıdır. Prezident İlham
Əliyevə minnətdarlığımı bildirirəm ki, bizi doğma torpağımıza
qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa
versin. Onların sayəsində biz bu sevinci yaşayırıq, Azərbaycan
qalib ölkəyə çevrilib.
Dövlətimiz Laçını çox gözəl bərpa edir, bizim üçün hər cür şərait
yaradıb”, - deyə o əlavə edib.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərə yola salınan sakinlər Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.