Bakı. Trend:
Bu gün sevincimizi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Uzun illərin həsrəti sona çatır və doğma yurduma qayıtdığıma görə çox qürurluyam.
Bunu Trend-ə Laçına geri dönən sakin Reyhan Heydərova deyib.
O qeyd edib ki, bu uzun müddət ərzində doğma torpaqdan ayrı, Vətən həsrəti ilə yaşamaq çox çətin idi.
“Nəhayət ki, bu həsrət sona çatdı. Heç kimə bu acı həyatı yaşamağı arzu etmirəm. Allah Prezidentimiz İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onlar bizə bu sevinci yaşatdı. 30 ildən sonra doğma vətənimizə qayıdırıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərə yola salınan sakinlər Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.