...

Bu il IX və XI sinfi bitirənlərin sayı məlum olub

Cəmiyyət Materials 13 İyun 2024 18:19 (UTC +04:00)
Bu il IX və XI sinfi bitirənlərin sayı məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il 102 120 nəfər XI sinfi bitirir.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) xəbər verilib.

Bildirilib ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.

Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi bitirir.

Bu tədris ilində ölkə üzrə 137 862 şagird birinci sinfi bitirir.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti