...

Səhiyyə mövzusunun COP29-a daxi edilməsini yüksək qiymətləndirirəm - ÜST-ün baş direktoru

Cəmiyyət Materials 18 İyun 2024 09:35 (UTC +04:00)
Səhiyyə mövzusunun COP29-a daxi edilməsini yüksək qiymətləndirirəm - ÜST-ün baş direktoru
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Səhiyyə mövzusunun COP29-a daxi edilməsini yüksək qiymətləndirirəm.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda COP29-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin iştirakçılarına videomüraciətində deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi getdikcə daha da dərinləşir.

“Birgə fəaliyyət olmasa, iqlim dəyişikliyi daha da geniş vüsət alacaq və ölkələrə ciddi təsir edəcək. Birgə fəaliyyət ilə iqlim dəyişikliyinə qarşı effektiv mübarizə apara bilərik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Xəbər lenti

Xəbər lenti