...

Son 23 ildə ömrüm kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçib - Alper Gezeravcı

Cəmiyyət Materials 27 İyun 2024 17:30 (UTC +04:00)
Son 23 ildə ömrüm kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçib - Alper Gezeravcı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son 23 ildə ömrüm kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçib. Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq bizim hamımızın qarşısında duran əsas vəzifələrindəndir.

Trend xəbər verir ki, bu barədə bu gün Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı "Baku ID" innovasiya festivalı çərçivəsində “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında çıxışında deyub.

Ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycanın paytaxtına səfərini xatırlayan Alper Gezeravcı bu gün yenidən burada olmaqdan məmnuniyyət ifadə etdi. Bildirdi ki, o görüşdə olduğu kimi, bu səfərdə əsas missiyası ölkəmizdə gənclərə kosmik sahə barədə ətraflı məlumat vermək və kosmosu sevdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti