...

Şuşada turizm üzrə peşə mərkəzi açılacaq

Cəmiyyət Materials 28 İyun 2024 12:41 (UTC +04:00)
Şuşada turizm üzrə peşə mərkəzi açılacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada turizm üzrə peşə mərkəzi açılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

"Birinci mərhələ artıq başa çatıb və mərkəz üçün yer seçilib", - o deyib.

Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir.

Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti