...

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 19 İyul 2024 14:48 (UTC +04:00)
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın rayonlarında iyulun 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti