...

Ağcabədi sakinlərindən 10 tüfəng götürüldü

Cəmiyyət Materials 1 Avqust 2024 09:09 (UTC +04:00)
Ağcabədi sakinlərindən 10 tüfəng götürüldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi rayon sakinləri 10 ədəd tüfəngi polisə könüllü təhvil veriblər.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda olan qanunsuz silahların könüllü təhvil verilməsinin təmini istiqamətində profilaktika davam etdirilir.

Ötən həftə ərzində keçirilən tədbirlərlə rayon sakinləri ikisi yivli olmaqla, ümumilikdə 10 ədəd müxtəlif markalı ov tüfəngini polisə könüllü təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti