Bakı. Trend:
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin
general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən,
yeddi universitetdən qəbul alıb.
Trend xəbər verir ki,
bu barədə “Facebook” sosial şəbəkəsində “Azərbaycan
Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, o, növbəti tədris ilindən etibarən təhsilini
universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin
“Purdue” universitetində davam etdirəcək.
Qeyd edilib ki, Davudun kompüter sahəsində kompüter mühəndisliyi
üzrə təhsil alması generalımızın arzusu olub.