...

Sabah Laçının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Cəmiyyət Materials 7 Avqust 2024 21:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Azəriqaz" İstehsalat Birliyi (İB) Laçın sakinlərinə müraciət edib.

İB-dən Trend-ə bildirilib ki, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksəktəzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı avqustun 8-i saat 10:00-dan işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra təchizatın bərpası planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti