Bakı. Trend:
Bakıda bu ilin altı ayı ərzində yol qəzaları zamanı 20 işıqfora zərər dəyib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov məlumat verib.
O qeyd edib ki, ötən 6 ay ərzində Bakının müxtəlif küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində Mərkəzin idarəetməsində olan 20 işqıfora və onun avadanlıqlarına (idarəemə qutusu və s.) ziyan dəyib. Vurulmuş zərər ilə əlaqədar aidiyyəti üzrə sorğular göndərilib.