Bakı.Trend:
Ölkə üzrə quraqlıq səviyyəsinin qiymətləndirilməsinin nəticəsinə görə, 2023-cü ildə 22%(19 094) ərazi şiddətli quraqlığa məruz qalması müşahidə olunub.
Trend xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
O bildirib ki, çox şiddətli quraqlıq əsasən Gəncə-Daşkəsən, Qarabağ, Dağlıq Şirvan, Qazax-Tovuz və Şirvan-Salyan iqtisadi rayonlarında qeydə alınıb.
“Quraqlıq risk səviyyəsinin optik öeyk təsvirləri əsasında üzrə qiymətləndirilməsi nəticəsinə əsasən ölkə ərazisinin 15%-də quraqlıq riskinin səviyyəsi yüksəkdir”,- deyə o qeyd edib.