Bakı. Trend:
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
xidmətindən məlumat verilib.
Bildirilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb
zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin
silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə
cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət
istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.