Bakı. Trend:
"Environmental protection first" Koalisiyası təsis edildikdən sonra Ermənistan ərazisində 20-dən çox nöqtədə Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə Ermənistan Respublikası tərəfindən müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında hesabat hazırlanıb Azərbaycanda akreditasiya olunan diplomatik nümayəndələr və media ilə birgə ictimaiyyətə hesabatı açıqlandı.
Trend xəbər verir ki, bu barədə koalisiyanın həmtəsisçisi Amin Məmmədov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq 1 ildir ki, "Environmental protection first" koalisiyası öz fəaliyyətini icra edir.
Koalisiya son 1 il ərzində Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayəsi müəssisələrinin Qafqazın ətraf mühitinə vurduğu ziyanı diqqətlə izləməkdədir. Koalisiyaya üzv olan təşkilatlar tərəfindən bu istiqamətdə aktiv fəaliyyət həyata keçirilir.
2023-cü ilin yay aylarında təsis olunan koalisiya ilk olaraq Ermənistanın tarixi Arazdəyən adı daşıyan Naxçıvanla həmsərhəd ərazidə metallurgiya zavodu tikmək planlarına etiraz bəyanatı ilə fəaliyyətinə başladı. Bu fəaliyyətin nəticəsi olaraq xarici investorlar tərəfindən maliyyələşməklə layihələndirilən zavodun tikintisi dayandırıldı. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin həmrəylik göstərərək buna etiraz etməsi öz rolunu oynadı”,- deyə o bildirib.