Bakı. Trend:
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası Qoçaqlı kəndində keçirilib.
Trend xəbər verir ki, aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
İştirakçılar Qoçaqlı kənd stadionun ətrafına yerli iqlim şəraitinə uyğun gələn ağaclar əkiblər.
Məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Elnur Rzayev Qoçaqlı kənd stadionunda sakinlər tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olub.
Qeyd edək ki, sakinlərin təşəbbüsü və dəstəyi ilə kənd stadionun ətrafı abadlaşdırılıb, gecə işıqlandırması təmin edilib. Azarkeşlər üçün yeni oturacaqlar qoyulub, ətrafda 400-dən çox ağac əkilib.