Bakı. Trend:
Xaçmaz rayonunda 27 Sentyabr - Anım Günü ilə əlaqədər şəhidlərin xatirəsi ehtiramla anılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Şəhidlər Xiyabanında alovlanan məşəlin önünə əklil qoyub, Azərbaycanın Milli Qəhrərmanı Yavər Şahbazovun büstünü ziyarət edib, şəhidlərin xatirə lövhələri önünə tər-qərənfillər düzüb.
Anım tədbirində yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xaçmazlılar Vətən uğrunda canlarını fəda etmiş qəhrəman
şəhidlərimizin xatirəsini qürurla yad edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və
qazilərlə həmsöhbət olub, qayğıları ilə maraqlanıb.
Bildirib ki, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq və onların xatirələri hər zaman əziz tutulacaq.
Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb.