...

Bakıda 5 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Cəmiyyət Materials 3 Oktyabr 2024 14:43 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar oktyabrın 5-dən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti