...

Sel suları nəticəsində dəmir yollarında yaranan fəsad aradan qaldırılıb

Cəmiyyət Materials 14 Oktyabr 2024 13:06 (UTC +04:00)
Sel suları nəticəsində dəmir yollarında yaranan fəsad aradan qaldırılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

12 oktyabr tarixində bəzi bölgələrdə yağan leysan yağışlar nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib.

Azərbaycan Dəmir Yollarından Trend-ə verilən məlumata görə, nəticədə Hacıqabul stansiyasının ərazisinə də ciddi zərər dəyib və dəmiryol xətlərinin torpaq qatı yuyulub.

Həmçinin, Hacıqabul dartı yarımstansiyasının həyətində sel suları ciddi fəsad törətdiyi üçün elektrikin verilməsində və rabitə-işarəvermə qurğularının fəaliyyətində fasilələr yaranıb.

Qeyd edilib ki, bu səbəbdən Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların Sığırlı-Padar-Qarasu-Muğan-Hacıqabul sahəsində sürət həddi endirilib.

"Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib. Dəmiryol xətlərində möhkəmləndirmə işləri aparılıb, kontakt şəbəkə dayaqlarının dibləri doldurularaq bərkidilib, rels şpal çərçivələrinin yuyulmuş hissələrinə çınqıl tökülərək möhkəmləndirilib.

Hadisənin fəsadları aradan qaldırılıb, hazırda ölkədaxili marşrutlar üzrə qatarların sürəti tam bərpa edilib", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti