...

Hərbi Hava Qüvvələrinin təlimlərindən görüntülər (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Oktyabr 2024 13:51 (UTC +04:00)
Hərbi Hava Qüvvələrinin təlimlərindən görüntülər (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib.

Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti