...

Suyun ədalətli paylanması hər kəsin fundamental hüququdur - Bahar Muradova

Cəmiyyət Materials 16 Oktyabr 2024 10:15 (UTC +04:00)
Suyun ədalətli paylanması hər kəsin fundamental hüququdur - Bahar Muradova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Suyun ədalətli paylanması hər kəsin fundamental hüququdur.

Trend xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda təmiz suya əlçatanlıq arzuolunan səviyyədə deyil.

“Niyə bilmirəm, lakin keçmişdən bu yana suyu toplamaq, saxlamaq qadınların öhdəliyinə verilib. İndi isə zaman fərqlidir. Suya qənaət etmək, saxlamaq yalnız qadının öhdəliyində deyil.

Əlbəttə ki, qadınların su resursları haqqında qərarların qəbulunda iştirak etməsi müsbət nəticələr verilə bilər. Lakin onlar peşəkar mütəxəssis olaraq yetişdirilməlidir.

COP29 isə bu istiqamətdə bizə həll yolları tapmağa imkan verəcək. Bu tədbir nəinki Azərbaycana, bütün bəşəriyyətə öz töhfəsini verəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir.

Konfransda iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr ediləcək.

Xəbər lenti

Xəbər lenti