Bakı. Trend:
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu dünyasını dəyişib.
Trend-in məlumatına görə, o, uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.