Bakı.Trend:
Ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib
O bildirib ki, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:
"Amma kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Lakin biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir", - deyə sədr qeyd edib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.